Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikili diplom proqramı uğurla davam etməkdədir.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Qazaxıstanın Yessenov Universitetinin nümayəndəsi ilə görüş keçirilib. Görüşdə fakültənin dekanı Laçın Abışlı, Beynəlxalq münasibətlər kafedrasının müdiri Kərəm Məmmədov, kafedranın müəllimi və təhsil proqramları üzrə koordinatoru Eldar Cəfərov, həmçinin Yessenov Universitetinin Azərbaycan Mərkəzinin rəhbəri və həmin universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının baş müəllimi İlkin Orucov iştirak edib.
Görüş çərçivəsində tərəflər Bakı Dövlət Universiteti ilə Yessenov Universiteti arasında mövcud ikili diplom proqramı haqqında ətraflı fikir mübadiləsi aparıb. Hər iki ali təhsil müəssisəsinin beynəlxalq müstəvidə birgə layihələr həyata keçirməsi, tələbə və müəllim mübadiləsinin artırılması, ortaq elmi araşdırmaların təşkil edilməsi kimi imkanlar nəzərdən keçirilib. Görüşün sonunda hər iki universitetin əməkdaşlığının genişləndirilməsi istiqamətində daha sıx əlaqələrin qurulmasına dair razılıq əldə olunub.