Fakültəmizin əməkdaşları BDU nəzdində Kollecdə olublar
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı və fakültənin bir sıra rəhbər şəxsləri Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində olublar. Kollecin fəaliyyəti ilə yaxından tanış olan Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşları, təhsil müəssisəsinin söbələri, kitabxanası, fənn kabinələri eləcə də müzeyində olublar. Həmçinin ziyarətçilər kollecdə fakültənin profilinə uyğun olan ixtisasları üzrə təhsil alan tələbələrlə görüşüb, dərs prosesi və tədris proqramları ilə tanış olub, tələbələri universitetlə bağlı maraqlandıran sualları cavablandırıblar.
Eyni zamanda görüşdə fakültə ilə kollec arasında həm elmi, həm də pedaqoji sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılaraq bir sıra təkliflər irəli sürülüb. Analoji görüşlərin mütəmadi baş tutması hər iki təhsil müəssisəsi üçün faydalı olacağı diqqətə çatdırılıb.