Tələbəmiz beynəlxalq tələbə mübadilə proqramında
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Nuranə Bayramlı Youth Exchange programı çərçivəsində təşkil olunmuş “Building Online Peace for Youth” layihəsində iştirak edib. Layihənin əsas məqsədi iştirakçıları nifrət nitqi və ayrı-seçkilik halları ilə mübarizə, konfliktlərin rəqəmsal mənbə və kommunikasiya vasitələri ilə aradan qaldırılması, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və insan hüquqlarına hörmət olunması ilə bağlı əsaslı bilik və bacarıqlarla təmin etməkdir.
Layihədə Azərbaycan, İtaliya, Moldova, Niderland, Rumıniya, Ermənistan və Gürcüstandan olan gənclər iştirak edib.
Sonda iştirakçılar beynəlxalq sertifikatla təltif olunub.