“Beynəlxalq Ticarət” adlı dərs vəsaiti nəşr olundu
Bakı Dövlət Universitetində “Beynəlxalq Ticarət” adlı dərs vəsaiti nəşr edilib. Kitab Dünya İqtisadiyyatı kafedrasının müdiri, dosent Fərid Babayev, dosent Zəhra Səmədova və kafedranın müəllimi Təhminə Balacayeva tərəfindən hazırlanmışdır.
Dərs vəsaiti beynəlxalq ticarətin nəzəri və praktiki aspektlərini əhatə edir. Kitabda beynəlxalq iqtisadiyyatın formalaşmasında ticarətin rolu, qlobal ticarət siyasətləri, rəqəmsal texnologiyaların (e-ticarət, blokçeyn, süni intellekt) ticarətə təsiri, həmçinin Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişaf perspektivləri kimi mövzular ətraflı yer alıb.
Dərs vəsaitindən bakalavr və magistratura tələbələri, həmçinin beynəlxalq iqtisadiyyat sahəsində çalışan tədqiqatçılar faydalana bilər. Kitab ticarət sahəsindəki müasir tendensiyalara nəzər salmaq və Azərbaycanın bu sahədəki rolunu dəyərləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.