BMİ fakültəsində növbəti elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər iqtisadiyyat fakültəsi, “İqtisadiyyat” kafedrasında “Azərbaycan Respublikasının aqrar sektorunda innovativ inkişaf” mövzusunda növbəti elmi seminar keçirilmişdir.
Seminar mövzusu üzrə məruzəçi, kafedranın dosenti, elmlər doktoru proqramı üzrə disertantlıq yolu ilə doktorantı Leyla Xasiyeva çıxış edərək, dünya iqtisadiyyatında qloballaşma meyllərinin milli iqtisadi sistemlərə təsiri şəraitində aqrar sahədə mövcud inkişaf meyllərinin çoxillik dinamik təhlililini aparmaqla, aqrar sahədə innovasiyaların müxtəlif növləri və mərhələlərinə dair elmi-nəzəri mənbələr haqqında geniş məlumat verdi. Kənd təsərrüfatında səmərəli istehsal fəalifəaliyyətinin təmin edilməsi sahəsində həm milli innovasiya sisteminin, həm də onun tərkib hissəsi kimi çıxış edən kənd təsərrüfatında innovasiyaların tətbiq olunmasının təşkilati və iqtisadi problemlərinə dair fikirlərini açıqlamışdır. Aqrar sahədə innovativ fəaliyyətlərin kəmiyyət və keyfiyyət artımının təmin edilməsi, istehsalçıların innovasiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi, həmçinin səmərəli elm-istehsal sistemlərinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılmışdır.
Məruzəçi ölkənin aqrar sektorunda innovasiya proseslərinin fəallaşdırılmasının prioritet istiqamətləri kimi innovasiya fəaliyyətinin stimullaşdırılmasını, istehsalçı və istehlakçıların innovasiya potensialının yüksəldilməsini və innovasiya sisteminin infrastrukturunun inkişafınına dair fikirlərini əsaslandırmışdır.
Seminar mövzu ilə bağlı suallar verilmiş və müzakirələr aparılmışdır.