Çinin (Bir kəmər və bir yol) Elm və Texnologiya Alyansı ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Çinin (Bir kəmər və bir yol) Elm və Texnologiya Alyansı arasında görüş keçirilib.
Görüşdə fakültənin dekanı dosent Laçın Abışlı və Elmi işlər üzrə dekan müavini, dosent Kərəm Məmmədov, (Bir kəmər və bir yol) Elm və Texnologiya Alyansı Baş katibinin müavini Renying Li iştirak edib.
Görüşdə dekan Laçın Abışlı qonaqlara fakültənin tarixi, tədris prosesi və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Fakültədə ali təhsilin bütün səviyyələri üzrə 4 minə yaxın tələbənin təhsil aldığını bildirib.
Sonra Çinin (Bir kəmər və bir yol) Elm və Texnologiya Alyansı Baş katibinin müavini Renying Li tərəflər göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Həmçinin təhsil və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bldirib.
Sonda qonaqla xatirə şəkli çəkilib