“Danşıqların milli üslübları: Ərəb və Hindistan, Çin və Yapon” mövzularında interaktiv dərs prosesi keçirilib
Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Sona Abasovanın tədris etdiyi Danışıqların aparılma texnologiyası fənni üzrə “Danşıqların milli üslübları: Ərəb və Hindistan, Çin və Yapon” mövzularında interaktiv dərs prosesi keçirilib.
Dərs prosesi zamanı aparılan qruplarla iş nəticəsində tələbələr Ərəbistan, Hindistan, Çin və Yaponiya haqqında geniş məlumat verib. Bu ölkələrin beynəlxalq münasibətlər sistemində hansı sferalar üzrə daha çox danışıqların aparılmasına üstünlük verdiyi qeyd olunub. Həmçinin bu ölkələrin mədəniyyətləti, adət-ənənələri haqqında geniş məlumat verilib.
Sonda fərqlənən qruplara Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrası tərəfindən kitablar hədiyyə olunub.