Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat faküləsinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasında “Beynəlxalq münasibətlərdə dövlətlərin davranış problemi” mövzusunda elmi seminar keçirilib.
Dosent Vəliyulla Cəfərov məruzəsində Beynəlxalq münasibətlərdə dövlətlərin davranışının həm siyasi həm də iqtisadi səbəblərdən asılı olduğunu bildirmişdır. Həmçinin müasir dövrdə baş verən siyasi proseslərə müxtəlif dövlətlərin yanaşmasında bir çox aspektin olduğunu vurğulamışdır. Məruzəçi bu sahədə aparılan tədqiqat işlərinin və təhlillərin vacibliyini diqqətə çatdırmış və bu sahədə həyata keçirilən bütün bu araşdırmalar dünya siyasətinin inkişafını daha yaxşı anlamağımıza kömək etdiyini bildirmişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.