Dosenti Təranə Tağıyevanın təşkilatçılığı ilə “Yekun dərs” 2 adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Təranə Tağıyevanın təşkilatçılığı ilə “Yekun dərs” 2 adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni və Şəhidləriminiz əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbir dosent Təranə Tağıyevanın çıxışı ilə açıq elan edildi. Tədbir zamanı Təranə Tağıyeva tədris etdiyi "İşgüzar və kommunikasiya texnologiyaları" fənninin mahiyyətindən və fənnin praktik əsaslarla həyata keçirilməsinin önəmindən bəhs etdi. Eyni zamanda tələbələrdə müstəqil tədqiqat bacarığının və dərs prosesində fəal iştirakının təmin edilməsinin vacibliyini vurğuladı.
Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı çıxış edərək bildirdi ki, fakültədə innovativ və praktik metodlarla tədris prosesinin həyata keçirilməsi hər zaman əsas prioritet istiqamətlərdəndir. Həmçinin "İşgüzar və kommunikasiya texnologiyaları" fənnin tədris prosesi zamanı hər zaman öz fərqliliyi ilə seçilən dosent Təranə Tağıyevaya öz təşəkkürlərini bildirdi. Tələbələrə kommunikasiyanın ömənimdən bəhs edərək istər siyasi, istərsə də iqtisadi sahələrdəki vacibliyini diqqətə çatdırdı.
Daha sonra Elmi işlər üzrə dekan müavini, dosent Kərəm Məmmədov çıxış edərək Azərbaycan dilinin önəmindən və bu dilin düzgün istifadəsindən bəhs etdi. Bildirdi ki, Fakültəmizdə yüksək səviyyədə tədris olunan bu fənn əsasında tələbələrdə Azərbaycan dilində yüksək danışıq qabiliyyəti aşılanmışdır. Tədbirin təşkilatcılığına görə isə Təranə Tağıyevaya öz səmimi təşəkkürlərini bildirdi.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevin Əliyeva isə çıxışında bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetində olmaqdan öz məmnunluğunu ifadə etdi. Eyni zamanda fakültədə tədris prossesinin yüksək səviyyədə həyata keçirilməsinə görə fakültə rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürünü bildirdi. Sevin Əliyeva xüsusilə vurğuladı ki, dilimizi sevmək, onu qorumaq və düzgün formada gələcək nəsillərə çatdırmaq bizim əlimizdədir. Bu işdə göstərdiyi xidmətə görə isə dosent Təranə Tağıyevaya uğurlar arzu etdi.
Sonda fakültəmizdə tədris olun ixtisaslar üzrə Azərbaycan, ingilis və rus bölmələrində təhsil alan tələbələrin "İşgüzar və kommunikasiya texnologiyaları" fənni haqqında müxtəlif mövzularda olan çıxışları dinlənildi. Həmçinin üç nominasiya üzrə fərqlənən tələbələrə sertifikat və hədiyyələr verildi.