Dosent Ümmühəbibə Qələndərovanın dissertasiya işinin ilkin müdafiəsi keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Ümmühəbibə Qələndərovanın iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müdafiəsi keçirilib.
Ümmühəbibə Qələndərovanın “Azərbaycanın Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı və səmərəliyinin yüksəldilməsi istiqamətləri” üzrə yazdığı dissertasiya işində Azərbaycanın müstəqillik dövründən etibarən beynəlxalq təşkilatlarla əməkdaşlığa və iqtisadi əlaqələrə geniş yer verdiyini bildirib. Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla iki tərəfli münasibətlərini vurğulayıb və bu əlaqələrini yüksələn xətt ilə inkişaf etdiyini diqqətə çatdırıb. Həmçinin Azərbaycanda xarici iqtisadi əlaqələrin təmin olunması və xarici investisiya mühitinin sağlamlaşdırılması ilə bağlı proqram və strateji yol xəritələrindən bəhs edib.
İclasın yekun qərarına əsasən Ümmühəbibə Qələndərovanın Ümumi iqtisadiyyat ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Azərbaycanın Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı və səmərəliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda dissertasiya işinin növbəti mərhələyə buraxılması tövsiyə olunub.