Dünya iqtisadiyyatı kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat faküləsinin Dünya iqtisadiyyatı kafedrasında “Sənayedə klasterləşmə sahəsində beynəlxalq təcrübənin Azərbaycan iqtisadiyyatına tətbiqi perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərid Babayev birldirib ki, sənaye klasterləşməsi müxtəlif sahələrdə fəaliyyət göstərən firmaların və ya təşkilatların bir araya gəlməsi və bölgədə sektorun yerli iqtisadiyyata xidmət edən tərəfdarlar arasında əməkdaşlığı artırmağa və inkişaf etdirməyə yönəlib. Qeyd edib ki, bu iqtisadiyyatın inkişafını təşviq etmək, iş yerlərində konkret sahələrdə rəqabətin artmasına kömək etmək, istehlakçılara daha yaxşı məhsullar və xidmətlər təqdim etmək və iqtisadi artımı təşkil etmək məqsədilə tətbiq edilir.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb və məruzənin qənaətbəxş hesab olunduğu qeyd olunub.