Dünya İqtisadiyyatı kafedrasında növbəti elmi seminar keçirilib
Dünya iqtisadiyyatı kafedrasını dosenti Novruzə Adilovanın təqdimatında “Azərbaycanda logistikanın inkişaf prespektivləri” mövzusunda elmi seminar keçirilib.
Novruzə Adilova Azərbaycanda logistika sektorunun inkişaf perspektivlərinin çoxsahəli olduğunu bildirib və Azərbaycanda logistika sektorunun inkişaf prespektivlərinə dair ətraflı məlumat verib. Məruzəçi Azərbaycanın coğrafi cəhətdən önəmli bir mövqeyə sahib olduğunu və çox sayda beynəlxalq ticarət yolunun ölkəmizdən keçdiyini vurğulayıb. Bütün bunların ölkəni beynəlxalq tranzit mərkəzi halına gətirdiyini və Azərbaycanın regionun iqtisadi inkişafında önəmli rol oynadığını diqqətə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.