Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayevin məqaləsi nüfuzlu jurnalda çap olunub
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərid Babayevin müəllif olduğu məqalə beynəlxalq nüfuzlu jurnalda çap olunub.
“Sources of Financing for Increasing the Competitiveness of the Food Industry in Azerbaijan” (“Azərbaycanda qida sənayesinin rəqabət qabiliyyətinin artırılmasının maliyyə mənbələri”) adlı məqalə “Scientific Horizons” jurnalının 2022-ci il üzrə 11-ci sayında çap olunub.
Məqalənin məqsədi, Azərbaycanda qida sənayesi üzrə rəqabət qabiliyyətini artırmaq üçün tələb olunan müxtəlif maliyyə mənbələrindən istifadə imkanlarını araşdırmaqdır. Həmçinin məqalədə təqdim olunan tədqiqat nəticələrinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, öyrənilən mövzunun gələcək tədqiqinə, eləcə də Azərbaycanda qida sektorunun təkmilləşdirilməsi üzrə dövlət proqramlarının hazırlanmasına zəmin yaratmaqdır.