Esmira Həsənzadənin təqdimatında elmi seminar
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “İqtisadi təhlükəsizliyin təmin olunmasında maliyyə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda İqtisadiyyat kafedrasının dissertantı Esmira Həsənzadə elmi məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, müasir dövrdə qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində maliyyə mexanizmlərinin ön plana çəkilməsi obyektiv bir zərurətdir. İqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan maliyyə sabitliyi, maliyyə sisteminin dayanıqlığı, iqtisadi təhlükəsizliyin iqtisadi inkişaf və onun səmərəliliyi ilə sıx əlaqədə olduğu sübut edilir. İqtisadi təhlükəsizlik məsələrinə milli təhlükəsizliyin tərkib hissəsi kimi yanaşılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri geniş müzakirlərə səbəb olmuşdur.
Sonra İqtisadiyyat kafedrasının müdiri, professor Vahid Abbasov çıxış edərək qeyd etdi ki, elmi seminar mühüm və aktual bir məsələyə həsr olunub. Ölkənin iqtisadi təhlükəsizliyi dedikdə onun elə vəziyyəti başa düşülür ki, orada zəruri maliyyə, əmək, intellektual potensialı, onun effektiv funksiyalaşmasına təminat verən istehsalın təşkilati-iqtisadi məsələlərinin sistemli araşdırılmasına daha ciddi yanaşılmalıdır. Bu gün Azərbaycan Qafqazda iqtisadi cəhətdən güclü olan dövlətdir. Bu da Azərbaycanın milli maraqlarından irəli gəlir. Son illər respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr əldə edilmişdir.
Daha sonra Dünya iqtisadiyyatı kaferdasının müdiri, dosent Fərid Babayev iqtisadi təhlükəsizlik ölkənin iqtisadi-sosial inkişafı ilə bağlıdır. Prezident cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Azərbaycan Respublikası daxili və xarici iqtisadi siyasət aparmaqla ölkənin təhlükəsizliyini təmin edir.
Sonra Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlı mövzu haqqında fikirlərini bildirib və qeyd edib ki, bugünkü elmi seminarda məruzə edilən İqtisadi təhlükəsizliyin təmin olunmasında maliyyə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərində yeni yanaşmalar, aparılacaq yeni tədqiqat və araşdırma işlərinə böyük töhfələr verəcək.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb