Fakültəmizdə "Almaniya Bundestaqının Simulyasiyası" layihəsi baş tutmuşdur
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşəbbüsü ilə "Almaniya Bundestaqının Simulyasiyası" layihəsi baş tutmuşdur.
Layihədə Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı Zaur Bəndəliyev, Beynəlxalq Parlament Təqaüdünün qaliblərindən Arif Quliyev, Politologiya və sosiologiya kafedrasının müəllimi Nuran Məmmədli, kafedranın doktorantı Rafiq İbrahimov və Politologiya ixtisası üzrə təhsil alan birinci kurs tələbələri iştirak edib.
Layihənin sonunda tələbələr arasından fərqlənən üç nəfər "Ən yaxşı namizəd", "Ən yaxşı debatçı" və "Ən yaxşı mövqe vərəqi" nominasiyasında sertifikat və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.