Fakültəmizdə dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının doktorantı Xaliq Rüstəmovun Dünya iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Müasir Çin iqtisadiyyatının xüsusiyyətləri və inkişaf perspektivləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
İclası açıq elan edən professor Sərvər Abbasov dissertasiya işi barədə iclas iştirakçılarını məlumatlandırıb. Sonra Xaliq Rüstəmov dissertasiya işi barədə geniş şərhlə çıxış edərək iclas iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıb. İddiaçı öz çıxışına yekun vurduqdan sonra müvafiq dissertasiya işinin müzakirəsinə başlanılıb.
Daha sonra Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq 2 rəy və iddiaçının elmi rəhbəri Hacıağa Rüstəmbəyovun rəyi nəzərdən keçirilib.
Müzakirədə dosent Habil Aslanov, iqtisad üzrə fəlsəfə doktoru Aytəkin Axundova, dosent Leyla Xasıyeva və iqtisad üzrə fəlsəfə doktoru Gülnar Səmədova çıxış edərək işin müsbət məqamlarını və bəzi digər qeydlərini nəzərə çatdırıblar.
İclasın yekun qərarına əsasən Xaliq Rüstəmovun Dünya iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Müasir Çin iqtisadiyyatının xüsusiyyətləri və inkişaf perspektivləri" mövzusunda dissertasiya işinin növbəti mərhələyə buraxılması tövsiyə olunub.