Fakültəmizdə “İqtisadiyyatın müasir ekonometrik problemləri” mövzusunda elmi seminar keçirilib
1 Dekabr 2024 13:09
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi seminarı keçirilib. “İqtisadiyyatın müasir ekonometrik problemləri” mövzusuna həsr olunmuş seminarda məruzəçi qismində professor Elşar Orucov çıxış edib.
Professor Elşar Orucov təqdimatında öncə ekonometrikanın klassik qiymətləndirmə üsulları haqqında ətraflı məlumat verib. Daha sonra müasir maliyyə-iqtisadi proseslərin mürəkkəb qeyri-xətti xüsusiyyətləri və yeni çağırışlar fonunda bu üsulların modifikasiyasının vacibliyini vurğulayıb.
Məruzədə müasir ekonometrik modellərin tələblərinə uyğun olaraq xətti və qeyri-xətti trend əsaslı modellərin işlənib hazırlanmasının zəruriliyi önə çəkilib. Buraya stasionar rəqsli komponentli harmonikalar, evolusiyalı amplitudlarla rəqsi komponentlər, kvadratik və eksponensial trendlərlə bağlı modellər daxildir.
Professor Orucov bu modellərin tətbiqi üçün zaman sıralarında Furye analizi, düz və tərs Z-çevirmələrdən istifadə, assimmetrik tərkibli Furye ECM-modellərinin qurulması və Wavelet yanaşmalarının tətbiqi kimi innovativ metodların əhəmiyyətini qeyd edib. O, həmçinin tədqiqat prosesində yaranan nəzəri və praktiki çətinliklərdən danışıb və bu çətinliklərin həlli yollarını izah edib.
Tədbirdə iştirak edənlər ekonometrik modelləşdirmənin müasir iqtisadi problemlərin həllindəki əhəmiyyətini və professor Elşar Orucovun təqdim etdiyi metodların praktik tətbiq imkanlarını müzakirə ediblər. Seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Son XƏBƏRLƏR
05.03.2025 | 17:22
BDU-da birgə elmi müzakirə keçirilib
04.03.2025 | 15:48
BDU aliminin məqaləsi nüfuzlu jurnalda çap olunub
03.03.2025 | 17:45
Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti BDU-da
25.02.2025 | 00:15
Xocalı soyqırımı ilə bağlı elmi seminar keçirild
15.01.2025 | 13:28