Fakültəmizdə növbəti elmi seminar keçirilib
27 Aprel 2024 03:36
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda sənayenin innovativ idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda növbəti elmi seminar keçirilmişdir
Elmi seminarın mövzusu üzrə məruzəçi, İqtisadiyyat kafedrasının professoru Pəri Həsənova çıxış edərək, hasilat sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində əsas kapitala investisiya qoyuluşlarının mövcud vəziyyətinə dair statistik təhlillər aparılmış, innovasiyalı fəaliyyətlərin genişləndirilməsində texnoloji innovasiyaların, emal sənayesində məhsul və proses innovasiyalarının inkişafında maliyyələşmə mənbələrinin vacib rol oynamasına dair emumiləşdirmələr aparmışdır. İnnovasiya xərclərinin maliyyələşməsində dövlət tərəfindən yaradılan məqsədyönlü fondlar, subsidiyalar, bank kreditləri, müxtəlif təşkilatlar tərəfindən ayrılan təyinatlı vəsaitlər və yardımlar, sifarişlər əsasında ödənişlər, müəssisələrin daxilində yaradılmış müxtəlif fondlar və digər gəlirlərin istifadə olunması imkanları nəzərdən keçirilmişdir. Bazar iqtisadiyyatı şəraitində rəqabət şəraitləri də nəzərə alınmaqla ən etibarlı və davamlı mənbə kimi hər bir istehsal müəssisəsinin öz daxili imkanları hesabına innovasiya xərclərinin maliyyələşdirməsi məsələlərinə üstünlük verilmişdir ki, burada da, daxili və xarici amillərin təsirinin diqqət mərkəzində saxlanılmasına dair tövsiyyələr irəli sürülmüş, innovasiyaların genişləndirilməsində təşkilati-iqtisadi problemlərin həllinə dair fikirlər açıqlanmışdır.
Sonda mövzu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.
Son XƏBƏRLƏR
25.07.2025 | 13:54
BDU-nun əməkdaşları Xankəndidə keçirilən “Qarabağ V Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda iştirak ediblər
11.07.2025 | 19:50
Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da
07.07.2025 | 00:04
Fakültəmizin əməkdaşını məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu
03.07.2025 | 23:04
Magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla keçirilib
23.05.2025 | 19:09