Fakültəmizdə növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər iqtisadiyyat fakültəsi, “İqtisadiyyat” kafedrasında “Azərbaycanda sosial şəbəkələrində marketinq sahəsində rəqamsal texnologiyaların tətbiqinin statistik və social-iqtisadi təhlili” mövzusunda növbəti elmi seminar keçirilmişdir.
Seminar mövzusu üzrə məruzəçi, kafedranın doktorantı Sabir Hacıyev, çıxış edərək, muasir zamanda istənilən biznes-fəaliyyətinin uğuru onun innovativ texnologiyalarının tətbiqinin səməriliyindən asılı olduğundan danışdı. İnnovativ texnologiya aləti olan rəqamsal marketinq internet-alıcıların cəlb edilməsi və saxlanıması məqsədi ilə istifədə edilir. Məruzəçi reklamın səmərəli olmasının, onu hansı rəqəmsal platforma və sosial şəbəkədə tanıtmaq lazım olduğunun vacibliyi vurğuladı. Məruzədə, biznes fəaliyyətinin inkişafında rəqəmsal marketinqin üstünlüklərini qeyd edildi. Əsas üstünlüyü o dur ki, bir reklam çarxında mindən çox istifadəçiyə tez bir zamanda məlumatı çattırmaq imkanıdır. Azərbaycanda məhsul və xidmətlərin marketinq və reklamı üçün Meta şirkətinın təqdim etdiyi rəqəmsal platformanın imkanlarından geniş istifadə edilməsi qeyd olundu. Məruzəçi Azərbaycanda sosial şəbəkələrdə rəqəmsal marketinq imkanlarından istifadəsi ilə bağlı statistik məlumatlar verdi. İnternet-istifadəçilərin sosial şəbəkələrdə satış, alış və təklif olunan xidmətlərdən istifadəsi üzrə statistik məlumatlar təqdim etdi. Doktorant milli iqtisadiyyatın inkişafı üçün reklam və marketing sahəsində innovativ texnologiya və onun alətlərindən istifadəsi, və marketingin keyfiyyət artımı üçün rəqamsal texnologiyalardan istifadəsinin vacibliyi vurğuladı və səmərəli olan istiqamətləri qeyd etdi.
Seminar mövzu ilə bağlı suallar verilmişdir. müzakirələr aparılmışdır. təkliflər verilmişdir.