Təhminə Səfərlinin təqdimatında elmi seminar
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasında “Ərzaq bazarında iqtisadi tarazlığın maliyyə tənzimlənməsinin regional-iqtisadi aspektləri” mövzusunda elmi seminar keçirilib.
İqtisadiyyat kafedrasının doktorantı Təhminə Səfərli məruzə ilə çıxış edib.
Təhminə Səfərli Azərbaycan iqtisadiyyatının davamlı inkişafında ərzaq bazarının, maliyyə tənzimlənməsinin rolu, məqsədi və strateji əhəmiyyət kəsb etməsi haqqında məlumat verib. Ərzaq bazarında iqtisadi tarazlığın maliyyə tənzimlənməsinin regional-iqtisadi aspektlərinə toxunaraq, ərzaq kompleksinin elmi əsaslarla idarə olunması və inkişaf zəruriliyinin diqqət mərkəzində saxlanılması məsələlərini, qida sənayesinin modernləşdirilməsi, innovativ və ixracyönümlü qida məhsullarının istehsalına nail olunması kimi arqumentlərlə əsaslandıraraq, müxtəlif inkişaf variantlarının müəyyən edilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Bu sahədə dövlət siyasətinin əsas istiqamətləri və inkişaf mərhələlərini nəzərdən keçirib.
Sonra ərzaq bazarında iqtisadi tarazlığın maliyyə tənzimlənməsinin regional-iqtisadi aspektlərinə diqqət yetirilərək, kənd təsərrüfatı istehsalının qlobal səviyyədə tutduğu mövqe, gələcək inkişaf perspektivləri nəzəri-metodoloji baxımdan təhlil edilməklə ərzaq məhsulları bazarında yeni keyfiyyət dəyişikliklərini əsaslandırıb, aqrar sektor ilə emal müəssisələri arasında əlaqələr təhlil edilib.