Fakültəmizdə növbəti ustad dərsi keçirilib
2 İyun 2022 10:50
BM və İqtisadiyyat fakultəsinin İqtisadiyyat kafedrasında "Əxlaqi-mənəvi fəlsəfə və Adam Smithin bazar sistemi" mövzusunda ustad dərsi keçirilmişdir.
Dosent Quliyev Asiman Aydın oğlu tərəfindən Adam Smitin etik nəzəriyyəsi və onun müasir iqtisadiyyatda tətbiqi imkanları təhlil edilmişdir. Bazar iqtisadiyyatında eqoizm və altruizm nisbəti, utilitarizm və maraqsız simpatiya kimi problemlər nəzərdən keçirilmiş, A.Smitin “Əxlaqi hisslər nəzəriyyəsi”nin siyasi iqtisadi doktrinasında yeri göstərilmişdir. “İqtisadi insan” etikasının “qeyri-iqtisadi insan” etikası ilə müqayisədə xüsusiyyətləri üzə çıxarılaraq, bazar iqtisadiyyatının müasir cəmiyyətdə müxtəlif əxlaq növləri arasında rəqabət münasibətlərini gücləndirdiyi ideyası əsaslandırılmışdır.
Son XƏBƏRLƏR
23.05.2025 | 19:09
İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib
04.05.2025 | 14:27
BDU-nun baş müəllimi Eldar Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib
02.05.2025 | 14:30
BDU-da “Azərbaycan–Türkiyə iqtisadi əlaqələri və qarşılıqlı münasibətlər” mövzusunda elmi seminar keçirilib
25.04.2025 | 16:56