Fakültəmizin əməkdaşının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent Fərid Babayevin "Qlobal çağırışlar kontekstində Azərbaycanda ərzaq təhlükəsizliyi. Biznesin rəqabətqabiliyyətinin rolu" adlı məqaləsi Web of Science və SCOPUS bazalarında indekslənən Kubanın nüfuzlu “Scientific magazine of the University of Cienfuegos” jurnalının 2023-ci il üzrə ilk sayında dərc olunub.
Məqalədə Azərbaycanda ərzaq təhlükəsizliyi konteksti təhlil edilib. Bununla əlaqədər olaraq, onların qiymətləndirilməsi üçün istifadə olunan müxtəlif indekslərə və onların milli kontekstdə tətbiqinə, eləcə də Azərbaycanda qida sənayesi şirkətlərinin rəqabət qabiliyyəti ilə bağlı problemlərə xüsusi diqqət yetirilib. Ayrı-ayrı ərzaq növlərinin adambaşına istehlakı məsələlərinə baxılıb və ölkədə real göstəricilərin müqayisəli təhlili aparılıb. Bundan əlavə, yeyinti sənayesi sahəsində dövlət siyasətinin gücləndirilməsi və balanslaşdırılması ilə bağlı müzakirələrin əsasını təşkil edə biləcək istiqamətlər, qlobal ssenari ilə bağlı çağırışlar nəzərdən keçirilibdir. Sonda baxılan məsələlər üzrə işin gücləndirilməsi üçün bir sıra tövsiyə və təkliflər verilib.
https://rus.ucf.edu.cu/index.php/rus/article/view/3548/3491