FAKÜLTƏMİZİN ƏMƏKDAŞLARININ NÖVBƏTİ MƏQALƏSİ İMPAKT FAKTORLU JURNALDA DƏRC EDİLİB
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Nazim İbadov və siyasi elmlər üzrə fəlsəfə doktoru Şəfəq Əhmədovanın «Beynəlxalq müqavilələrin mətnlərində diplomatik dilin təkamülü (Qarabağ münaqişəsinin nizamlanması sənədləri əsasında)» («Diplomatic language evolution in the texts of international agreements (based on Karabakh conflict settlement documents)» adlı məqaləsi "Scopus" bazasında indekslənən "Вiсник Унiверситету iменi Альфреда Нобеля. Серiя «Фiлологiчнi науки" (ISSN 2523-4749)» jurnalının 2023-cü ilin №1(25) sayında nəşr olunub. Qeyd edək ki, “Alfred Nobel University Journal of Philology” Ukrayna Elm və Təhsil Nazirliyinin Attestasiya Şurasının qərarı ilə (A kateqoriyası) elmi nəşrlər siyahısında təsdiq edilib və indeksləşdirilib. Jurnal beynəlxalq (Scopus, Ulrich’s Periodicals Directory, DOAJ, İndex Copernicus, Google Scholar) elmimetrik bazaları tərəfindən indeksləşdirilir.
Məqalə ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://phil.duan.edu.ua/images/PDF/2023/1/abstracts23-1/11-.pdf