Fakültəmizin ən yüksək ÜOMG sahib məzunları ilə görüş keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı bu il fakültəmizin bakalavriat və magistratura səviyyələrində ən yüksək ümumi orta müvəffəqiyət göstəricisi (ÜOMG) ilə məzun olan tələbələrlə görüşüb.
Dekan Laçın Abışlı ən yüksək göstərici ilə məzun olan Nübar Rəhimova və Müşgünaz Məlikli ilə görüşərək onları “fakültəmizin bir üzvü kimi ən yüksək nəticə əldə etmələri və məzun adını qazanmaları münasibətilə təbrik edib. Məzunlara gələcək fəaliyyətində uğurlar arzulayaraq, Azərbaycana layiqli vətəndaş olaraq ölkəmizi layiqincə təmsil edəcəklərinin əminliyini bildirib və onlara gələvək həyatında uğurlar arzulayıb.
Onu da qeyd edək ki, Nübar Rəhimova həm də Bakı Dövlət Universitetinin 2023-cü il üzrə ən yüksək ÜOMG ilə məzun olan tələbəsidir.
Məzunlarımızın ÜOMG sizlərə təqdim edirik.
- Rəhimova Nübar Kəmal qızı (99.95 ÜOMG)
- Məlikli Müşgünaz Fəxri qızı (98.32 ÜOMG)