Fakültəmizin müəllimi beynəlxalq konfransda iştirak edib
9 May 2022 12:12
BDU-nun müəllimi İstanbulda keçirilən beynəlxalq beynəlxalq elmi konfransda iştirak edib.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müəllimi Xaliq Rüstəmov Türkiyənin İstanbul Gedik Universitetinin təşkilatçılığı ilə keçirilən 3. Uluslararası İstanbul Modern Bilimsel Araştırmalar Konfransında iştirak edib. Konfrans 06-08 May 2022-ci il tarixlərində canlı və “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilir. Beynəlxalq konfransa Azərbaycan, Türkiyə, Hindistan, İtaliya, Albaniya, Malayziya, Nigeriya, Rusiya, Pakistan, Əlcəzair, Kipr, Efiopiya, Rumıniya, Gürcüstan, Mərakeş, İraq, Serbiya, Özbəkistan, Qazaxıstan, Çin, İndoneziya, Vyetnam, Moldova, Ukrayna, Tunis, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Oman, Yunanıstan, Çili, Kanada, İsrail, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Portuqaliya, Nepal, Braziliya, Polşa, Fələstindən 500-ə yaxın tədqiqatçı qatılmaq üçün müraciət edib.
Konfransda Xaliq Rüstəmov “Analysis of the implementation and results of economic reforms in China” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Çində 1978-ci ildən başlayaraq 40 illik dönəmdə iqtisadiyyatda həyata keçirilən islahatlar və əsas nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb. İqtisadi islahatların uğurlu nəticələrinə əsaslanaraq, Çin iqtisadiyyatının böyüməkdə və inkişaf etməkdə davam etməsi mövzunu aktual etməkdədir. Sonda müəllif iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Xaliq Rüstəmovun məqaləsi konfransa təqdim olunan məruzələr arasından seçilərək gündəliyə salınan tədqiqat işlərindən biridir və konfrans materialları kitabında nəşr ediləcəkdir.
Üç gün davam edəcək konfransın sonunda iştirakçılar konfransın təşkilat komitəsi tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.