Fakültəmizin tələbələri “University Demo Day” tədbirində finala vəsiqə qazanıb
27 Fevral 2024 20:45
5 fevral 2024-cü il tarixində “SABAH.HUB” çətiri altında yer alan SABAH.academy platforması çərçivəsində ilk “University Demo Day” tədbiri keçirilib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri Səkinə Məmmədova və Ayxan Osmanlı Bakı Dövlət Universitetini təmsil ediblər.
İki turdan ibarət olan yarışmaya ümumilikdə 19 komanda qoşulmuşdur, final mərhələsinə isə beş komanda yüksəlmişdir. Sonda 5 komanda arasından üçü qalib elan edilmişdir, qalib komanda üzvləri SABAH.academy tərəfindən sertifikatlarla hədiyyələrlə təltif olunmuşdur.
BDU-nun “EduWiz” komandası 3-cü yerə laiq görülmüş və sponsor “UniWork” tərəfindən bütün komanda üzvlərinə çalışma zonasından 2 aylıq ödənişsiz istifədə fürsəti verilmişdir.
Son XƏBƏRLƏR
25.07.2025 | 13:54
BDU-nun əməkdaşları Xankəndidə keçirilən “Qarabağ V Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda iştirak ediblər
11.07.2025 | 19:50
Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da
07.07.2025 | 00:04
Fakültəmizin əməkdaşını məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu
03.07.2025 | 23:04
Magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla keçirilib
23.05.2025 | 19:09