“Holberton School Azerbaijan”ın icraçı direktoru ilə görüş
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Karyera planlaması” fənni üzrə “Holberton School Azerbaijan”ın icraçı direktoru, mentor Şəmsi Bayramzadə tərəfində praktik təlim keçirilib.
Təlimdə fakültəmizin Politologiya, Dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan 4-cü kurs tələbələri iştirak edib.
Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi rəhbərliyi və “Holberton School Azerbaijan”ın icraçı direktoru arasında görüş keçirilib. Görüşdə dekan Laçın Abışlı “Holberton School Azerbaijan”ın icraçı direktoruna fakültədə həyata keçirilən tədris prosesi haqqında məlumat verib.
Sonda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və “Holberton School Azerbaijan” arasın birgə layihələrin həyata keçirilməsi barəsində səmərəli danışıqlar aparılıb.