“İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” adlı monoqrafiya işıq üzü görüb
Beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Ramiz Sevdimalıyevin həmmüəllifi olduğu “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq-hüquqi əsasları, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin iflasa uğraması və İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri araşdırılır.
Monoqrafiya beynəlxalq münasibətlər, dünya siyasəti, politologiya, konfliktologiya, milli təhlükəsizlik üzrə mütəxəssislər və tədqiqatçılar üçün faydalı ola bilər.
Kitab eyni zamanda qeyd edilən sahələr üzrə dərs vəsaiti kimi istifadə edilə bilər.