“İqtisadi artım və beynəlxalq iqtisadi əlaqələr” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəinin Dünya İqtisadiyyatı kafedrasının dosenti Habil Aslanovun təqdimatında “İqtisadi artım və beynəlxalq iqtisadi əlaqələr” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi Habil Aslanov qeyd edib ki, iqtisadi artım iqtisadiyyatın və iqtisad elminin mühüm problemlərindən biridir. Bütün zamanlarda iqtisadi artımın təmin olunması və davamlı iqtisadi inkişaf problemi ölkələr üçün aktual məsələ olaraq mövcud olmaqdadır. Həmçinin bildirib ki, ölkələr iqtisadi artımın təmin olunması üçün bütün potensial imkanlardan yararlanmağa çalışır. İqtisadi artım həm ölkənin daxili, həm də ölkə xarici imkanları hesabına təmin edilir. Eyni zamanda vurğulayıb ki, iqtisadi artımın təmin olunmasında daxili amillərlə yanaşı xarici amillərdən istifadə edilməsi resursların məhdudluğu və qeyri bərabər paylandığı bir şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.