İqtisadiyyat kafedrasında elmi seminar keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasında “Dağ-mədən sənayesinin ölkə iqtisadiyyatındakı rolu” mövzusunda elmi seminar keçirilib.
İqtisadiyyat kafedrasının dissertantı Eldost Səfərli məruzə ilə çıxış edərək dağ mədən sənayesinin Azərbaycan iqtisadiyyatının çeşitli aspektlərində önəmli bir rol oynadığını bildirdib. Bu sektorun iqtisadiyyatdakı rolu, yeraltı sərvətlərinin qazanc yaratma potensialı, istehsalat və ixracat potensialı haqqında məlumat verib.
Sonra dağ mədən sənayesinin Azərbaycanın iqtisadiyyatının çeşitli sahələrində geniş perspektivlər təqdim etdiyini bildirib. Dağ mədən sənayesi məhsulların işlənməsi üçün müasir texnologiyaların tətbiqini tələb etdiyini və bunun da ölkədəki texnologiya sahəsində inkişafın təmin edilməsinə müsbət rol oynayacağını diqqətə çatdırıb.
Daha sonra ölkə iqtisadiyyatında dağ mədən sənayesindən gələn gəlir, energetika və digər sahələrdən gələn gəlirlər tədqiq edilib. Resursların rasional istifadəsi və mühafizəsi, dağ mədən sənayesinin uzunmüddətli inkişafını təmin etmək üçün əhəmiyyəti vurğulanıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.