İqtisadiyyat kafedrasında növbəti elmi seminar keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda iqtisadi artımın tənzimlənməsində işğaldan azad olunmuş ərazilərin resurs potensialından istifadə perspektivləri” mövzusunda növbəti elmi seminar keçirilib.
İqtisadiyyat kafedrasının doktorantı Təbriz Abbasov məruzə ilə çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində faydalı qazıntı yataqlarının mövcud potensialından səmərəli istifadə və onun iqtisadi artıma təsiri məsələləri üzrə araşdırmaları təqdim etmişdir. İşğaldan azad olunmuş ərazilərdə yerləşən faydalı qazıntıların növləri, həcmi, potensialı, sənaye əhəmiyyəti və perspektivliyini təhlil etmişdir. İşğalın davam etdiyi təxminən 30 il ərzində Azərbaycanın faydalı qazıntılarının işğalçı Ermənistan tərəfindən talan edilməsi nəticəsində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətlər barədə sübutlar və faktlar diqqətə çatırıldı.
Sonra işğaldan azad olunmuş ərazilərin faydalı qazıntı potensialından səmərəli istifadənin iqtisadi artımın tənzimlənməsinə müsbət təsirləri nəzərdən keçirilib. İşğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə və onun iqtisadi artıma təsiri məsələləri diqqətə çatdırılıb. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin kənd təsərrüfatına vurulmuş zərər barədə məlumat verilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatı potensialından səmərəli istifadəyə dair ilkin mülahizələr və onun iqtisadi artıma təsiri öyrənilib.
Daha sonra işğaldan azad olunmuş ərazilərin turizm potensialından səmərəli istifadə və onun iqtisadi artıma təsiri araşdırılıb, turizm sənayesinin inkişafı istiqamətində görülən işlər öz əksini tapmışdır. Araşdırmada işğaldan azad edilmiş ərazilərin turizm potensialından səmərəli istifadənin iqtisadi artımın təmin olunmasına müsbət təsirləri məsələləsi tədqiq edilib.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb və məruzənin qənaətbəxş hesab olunduğu qeyd olunub.