İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib
25 Aprel 2025 16:56
Bakı Dövlət Universitetinin BM və İqtisadiyyat fakültəsi, “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə 25.04.2025-ci il tarixində “İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf potensialından istifadə məsələləri” mövzusunda növbəti elmi seminar keçirilmişdir.
Elmi seminar mövzusu üzrə məruzəçi, “İqtisadiyyat” kafedrasının doktorantı Qocamanov Cavad Mədəd oğlu çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aqrar sahənin inkişaf potensialından istifadə məsələləri müzakirə edilmişdir. İşğaldan azad edilmiş inzibati rayonlar və ərazilər ilə bağlı Dövlət Statistika Komitəsinin müxtəlif illəri əhatə edən statistik məlumatları əsasında müqayisəli təhlillər şərh edilməklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların, onunla qonşu olan ərazilərdə aqrar sahəyə dəymiş iqtisadi ziyanların qısa təhlili aparılmış, bu istiqamətdə görüləcək tədbirlər zamanı qarşıya çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması, həlli xüsusiyyətləri və təbii-ekoloji fəsadları barədə ümumiləşdirmələr aparılmışdır. Həmçinin, bu ərazilərdə aqrar sahənin yenidən bərpası nəticəsində gözlənilən istehsal göstəriciləri proqnozlaşdırılmış və bu sahənin yenidən bərpası, inkişafı ilə bağlı təkliflər və tövsiyyələr nəzərdən keçirilmişdir.
Keçirilən elmi seminarda mövzu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.
Son XƏBƏRLƏR
23.05.2025 | 19:09
İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib
04.05.2025 | 14:27
BDU-nun baş müəllimi Eldar Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib
02.05.2025 | 14:30