Macaristanın Lüdovika Dövlət İdarəetmə Universitetinin elmi işçisi Zoltan Egereşi ilə görüş keçirilib.
Macaristanın Lüdovika Dövlət İdarəetmə Universitetinin elmi işçisi Zoltan Egereşi ilə görüş keçirilib.
Görüşdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı, elmi işlər üzrə dekan müavini Kərəm Məmmədov, Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev, Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlı və Macaristanın Lüdovika Dövlət İdarəetmə Universitetinin elmi işçisi Zoltan Egereşi iştirak edib.
Dekan Laçın Abışlı qonağa fakültədə iqtisadi və siyasi elmlər olmaq üzrə 9 ixtisas üzrə 4000-dən çox tələbənin təhsil aldığını bildirib. Fakültəmizdə son illər aparılan tədiqiqat işləri barəsində məlumat verib. Həmçinin fakültəmizin Amerika Birləşmiş Ştatları, İsveçrə və Qazaxıstanın univeritetləri ilə bakalavr və magistratura dərəcələri üzrə ikili diplom proqramından bəhs edib.
Sonra Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev müəllifi olduğu "İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar" mövzusunda monoqrafiyasını hədiyyə edib və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın apardığı haqlı müdafiədən bəhs edib.
Daha sonra Macaristanın Lüdovika Dövlət İdarəetmə Universitetinin elmi işçisi Zoltan Egereşi Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Həmçinin Zoltan Egereşi Lüdovika Dövlət İdarəetmə Universiteti ilə BDU arasında "Erasmus" mübadilə proqramının bağlanmasına maraqlı olduğunu bildirib.
Sonda qonağa Azərbaycanın milli atributları ilə bəzədilmiş hədiyyə verilib və xatirə şəkli çəkilib.