Maliyyə və menecment kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Maliyyə və menecment kafedrasının doktorantı Vüqar Qardaşovun təqdimatında “Logistikanın inkişaf etdirilməsində müasir texnologiyaların rolu” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi müasir texnologiyaların logistika sahəsinin inkişafında çox böyük təsirə malik olduğunu bildirib. İnkişaf edən texnologiyalar, logistik əməliyyatlarını daha effektiv və sürətli hala gətirmək, məhsul və xidmətləri daha sərfəli və müştərilərə daha sürətli çatdırmaq və lojistik şəbəkələri daha şəffaf və effektiv hala gətirmək üçün istifadə olunduğunu diqqətə çatdırıb. Bu texnologiyaların sərfəli şəkildə tətbiq edilməsi və logistik şirkətlərin onları optimal şəkildə istifadə etməsi, sektorun daha inkişaf etməsində böyük rol oynayacağını vurğulayıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.