“Miqrasiyanın insan kapitalının formalaşmasına təsir edən aspektləri” mövzusunda elmi seminar keçirilib
2 Yanvar 2024 04:37
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının müəllimi Nəzrin Rüstəmbəyovanın məruzəsi ilə “Miqrasiyanın insan kapitalının formalaşmasına təsir edən aspektləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi Nəzrin Rüstəmbəyova miqrasiya proseslərinin insan kapitalının formalaşmasında meydana çıxan xərclərin reallaşması nəticələrinin asimmetriyası prizmasında araşdırılması məsələlərinə toxunmuş, bunun milli iqtisadiyyatın həm mikro, həm də makro səviyyələrində özünü biruzə verdiyini faktiki məlumatlarla əlaqələndirmişdir. Eyni zamanda beynəlxalq miqrasiya məsələlərinin insan kapitalının hərəkəti ilə bağlı olmasının səbəbləri və neqativ təsirlərinin milli iqtisadiyyatda getdikcə aktuallaşmasından, xüsusən də günü gündən əhatə dairəsinin genişləndiyi rəqəmsal iqtisadiyyat şəraitində idarə olunması və tənzimlənməsi məsələlərinə toxunaraq, yüksək ixtisaslı insan kapitalının qlobal inkişafın asimmetriyasına əhəmiyyətli təsir göstərməsinin yolları, intellektual resurslar uğrunda rəqabət üstünlükləri, bütün bunların da ölkələrin sosial-iqtisadi inkişafı üçün təsir imkanları vurğulamışdır. Ən mühüm məsələlərdən biri kimi milli insan kapitalının nəinki formalaşması, həm də qorunub saxlanması məsələləri və miqrasiya proseslərinin tənzimlənməsinin effektiv üsullarının müəyyən edilməsinin yolları nəzərdən keçirilmişdir.
Sonda mövzu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.