Politologiya və sosiologiya kafedrasında dissertasiya işinin müzakirəsi keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının doktorantı Nigar Adilovanın təqdimatında “Siyasi mədəniyyətin forlmalaşmasında informasiya-kommunikasiya texnologiyaların rolu” mövzusunda dissertasiya işinin ikinci müzakirəsi keçirilib
İclası açıq elan edən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nazim İbadov Adilova Nigar Fariz qızının dissertasiya işi və dissertasiya işinə edilmiş əlavə və düzəlişlər barədə iclas iştirakçılarını məlumatlandırdı. Sonra iddiaçının elmi rəhbəri siyasi elmlər doktoru Niyazov Xalid Qüdrət oğlunun müsbət rəyi iclas iştirakçılarının diqqətinə çatdırıldı.
Daha sonra Adilova Nigar Fariz qızı öz dissertasiya işi barədə geniş şərhlə çıxış etdi və iclas iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırdı. İddiaçı öz çıxışına yekun vurduqdan sonra müvafiq dissertasiya işi ilə bağlı müzakirəyə təqdim olunmuş rəylər diqqətə çatdırıldı. Dissertasiya işinin müzakirəsi gedişində Politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Vəsxanım Orucova, Diplomatiya və İnteqrasiya kafedrasının dosentləri Vəliyullah Cəfərov və Kərəm Məmmədov, Politologiya və sosiologiya kafedrasının dosenti Xatirə Əfəndiyeva və kafedranın müəllimi Azər Muradzadə çıxış etdilər.
İclasın yekun qərarına əsasən Adilova Nigar Fariz qızının 5904.01 - "Siyasi institutlar və sistemlər" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Siyasi mədəniyyətin formalaşmasında informasiya-kommunikasiya texnologiyalarının rolu" mövzusunda dissertasiya işinin Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olması nəzərə alınaraq müdafiəyə təqdim olunması məsləhət görüldü.