Professor Vahid Abbasovun təqdimatında ustad dərsi
Bakı Dövlət Universitetinin BM və İqtisadiyyat fakültəsi, “İqtisadiyyat” kafedrasının təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq və maddi-texniki resurslardan istifadənin səmərəliliyi” mövzusunda növbəti ustad dərsi keçirilmişdir.
Ustad dərsinin mövzusu üzrə məruzəçi, “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri doktotu, professor Vahid Abbasov çıxış edərək, daxili və xarici amillərin təsiri şəraitində aqrar sahədə mövcud inkişaf meyllərinə dair qısa xülasələr edərək, kənd təsərrüfatında istehsal fəaliyyətinin səmərəliliyinin təmin edilməsində torpaq resurslarından istifadənin əhəmiyyəti, əsas istehsal vasitəsi kimi torpaq və maddi-texniki resurslardan istifadənin rolu, xüsusiyyətləri və istifadə şəraitlərinə, torpaq və maddi-texniki resurslardan səmərəli istidə olunmasının təmərgüzləşmə, kooperasiyalaşma və inteqrasiyalaşma kimi təşkilati-iqtisadi problemlərinə dair fikirlər açıqlanmışdır. Kənd təsərrüfatının inkişaf xüsusiyyətləri nəzərə alınaraq, torpaqlardan istifadənin regional və sahəvi aspektləri, torpaqlardan və əsas fondlardan istifadədə mülkiyyət münasibətləri, resursların qiymətləndirilməsi, renta və gəlirlilik məsələləri, torpaq və maddi-texniki resurslardan istifadənin səmərəliliyinin artırılması, resurslar bazarının formalaşmasında istehsal və xidmət infrastrukturlarından, lizinqdən istifadə məsələləri nəzərdən keçirilmişdir.
Keçirilən ustad dərsinin mövzu ilə əlaqədar suallar verilmiş və müzakirələr aparılmışdır.