Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində görüş
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Qarabağ İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova mühazirə deyib.
Aybəniz İsmayılova Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələrinə “Xarici yardımın xarici siyasətin bir aləti olaraq ABŞ və Azərbaycan nümunələri” mövzusunda mühazirə oxuyub. Mühazirədə 1947-ci ildə ABŞ-ın tarixi Marşall planı, İkinci Dünya müharəbəsində Avropa ölkələrinin iqtisadiyyatını işə salmaq üçün hazırlanmış maliyyə yardımının ABŞ-ın milli təhlükəsizlik məqsədi olduğundan bəhs edib. ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) məqsəd və məramı haqqında tələbələrə geniş məlumat verib.
Mühazirəçi həmçinin ölkəmizin coğrafi, geosiyasi mövqeyi, eləcə də mövcud iqtisadi vəziyyəti və potensialının onun xarici siyasətinin müəyyənləşdirilməsində başlıca rol oynadığını diqqətə çatdırıb.