İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi ilə görüş
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) arasında görüş keçirilib.
Görüşdə fakültənin dekanı, dosent Laçın Abışlı, tədris işləri üzrə dekan müavini, dosent İkram Cəbrayılov, İƏGF-ARM-nın baş direktoru Vüsal Qurbanov və mərkəzin üzvləri iştirak edib.
Dekan Laçın Abışlı qonaqlara fakültənin tarixi, tədris prosesi və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Fakültədə ali təhsilin bütün səviyyələri üzrə 4 minə yaxın tələbənin təhsil aldığını bildirib.
Sonra İƏGF-ARM-nın baş direktoru Vüsal Qurbanov fakültəmizdə olmaqdan məmnunluğunu ifadə edərək mərkəzin fəaliyyət istiqaməti, həyata keçirdiyi tədbirlər və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivlərindən bəhs edilib və gələcəkdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Sonda Vüsal Qurbanov İƏGF-ARM tərəfindən nəşr olunan “Avrasiya xalqlarının İslam mədəniyyətinə verdiyi töhfələr” kitabını dekan Laçın Abışlıya təqdim edib.