Tələbəmiz Fidan Orucova beynəlxalq konqresdə iştirak edib
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının 1-ci kurs tələbəsi Fidan Orucova “XII Beynəlxalq Avrasiya Elmi Tədqiqatlar və Mövcud İnkişaf Konqresi”ndə iştirak edib.
Konqres Sosial Elmlər, Səhiyyə Xidmətləri, Biznes Elmləri və İqtisadiyyat, Dil-Tarix-Coğrafiya, Mühəndislik və Səhiyyə Elmləri sahələrində yazılmış görkəmli akademik əsərlərin təqdimatına ev sahibliyi edən konqres, intellektual diskussiya platforması. Hazırda 34 ölkədən akademiklərin şifahi təqdimatlarla çıxış etdiyi konqres, müxtəlif ölkələrdən eyni sahədə çalışan alimləri bir araya gətirərək gələcək üçün güclü işbirliklərinə ev sahibliyi etməyi hədəfləyib.
Fidan Orucova “Tarix adlı okeanda batmaz qardaşlıq və ittifaq gəmisi” adlı məqalə ilə çıxış edib. Məqalədə Azərbaycan və Türkiyə arasındakı dərin tarixi köklərə malik siyasi-iqtisadi, mədəni, sosial sahədə olan əlaqələrdən bəhs edib.