Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri ilə görüş
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, dosent Laçın Abışlı Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri Orxan Vəliyevlə görüşüb.
Dekan Laçın Abışlı qonağa fakültədə iqtisadi və siyasi elmlər olmaqla 7 kafedra tərəfindən 9 ixtisas üzrə kadr hazırlığının həyata keçirildiyini bildirib. Fakültənin ABŞ, İsveçrə və Qazaxıstanın qabaqcıl universitetləri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları barədə məlumat verib.
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri Orxan Vəliyev kafedranın həyata keçirdiyi tədris prosesi və elmi-tədqiqat işləri barədə məlumat verdi.
Görüş zamanı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin siyasi kadr hazırlığı həyata keçirən kafedraları və Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə kafedrası arasında mümkün olan əməkdaşlıq müzakirə edildi. Birgə ustad dərslərin təşkili barədə razılıq əldə olundu.