Xocalı soyqırımı ilə bağlı elmi seminar keçirild
Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımı mövzusunda elmi seminar keçirilmişdir. Tədbir Xocalı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükutla başlamışdır.
Seminar çərçivəsində kafedranın doktorantı Xalid Ələkbərov “Xocalı: Ermənistanın törətdiyi cinayətin beynəlxalq aləmdə tanınması problemi” mövzusunda məruzə ilə çıxış etmişdir. Təqdimat zamanı Xocalı faciəsinin tarixi konteksti, başvermə səbəbləri və nəticələri müzakirə edilmiş, bu hadisənin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi məsələsinə toxunulmuşdur.
Məruzəçi Xocalıda baş vermiş hadisələrin beynəlxalq hüququn norma və prinsipləri baxımından “soyqırım aktı” kimi qiymətləndirilməsinin vacibliyini vurğulamış və bu istiqamətdə aparılan diplomatik səylərdən bəhs etmişdir. Təqdimat zamanı həmçinin, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğınların etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu və bu hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi müstəvidə tanınmasının zəruriliyi qeyd olunmuşdur.
Seminar iştirakçıları Xocalı soyqırımının beynəlxalq miqyasda daha geniş tanıdılması istiqamətində akademik və diplomatik müstəvidə həyata keçirilə biləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparmış, bu istiqamətdə atılacaq addımları müzakirə etmişlər.